Azərbaycanda lisenziyaların alınması üçün hüquqi dəstək göstərən #1 şirkət

”XO Legal Consulting” MMC sahibkarlıq subyektlərinə lisenziyaların və İSO sertifikatların alınması üzrə peşəkar hüquq xidmətləri göstərən şirkət kimi ixtisaslaşmışdır. Şirkətimizin təcrübəli hüquqşünasları bir çox sahibkarlıq subyektlərinə lisenziya tələb olunan fəaliyyət sahələri üzrə lisenziyaların alınmasında peşəkar hüquqi xidmət göstərmişdir. Gördüyümüz işlərin keyfiyyətinə və məsuliyyətimizə güvənərək, lisenziyalarla bağlı hər hansı bir sualınız olduğu təqdirdə, sizlərə hüquqi xidmət göstərməkdən məmnun olarıq.

Pulsuz Konsultasiya

Lisenziyaların Alınmasına Hüquqi Dəstək

Lisenziya nədir?

Lisenziya və icazələr - təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə müvafiq sahibkarlıq fəaliyyəti növlərini həyata keçirmək üçün dövlət və inzibati orqan tərəfindən verilmiş sənəd, lisenziya və icazələr adlanır.

Lisenziya və icazələr hansı fəaliyyət növlərinə tələb olunur?

Lisenziya və icazələr haqqında qanuna müvafiq olaraq özəl tibb fəaliyyəti, əczaçılıq fəaliyyəti, təhsil fəaliyyəti, tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri, İP-telefoniya (internet telefoniya), sürətli poçt xidməti olmaqla dövlət təhlükəsizliyindən irəli gələn hallar olan və ya olmayan 29 fəaliyyət növünə lisenziya, 86 fəaliyyət növünə isə icazə tələb olunur.

Şirkətimiz aşağıda adları göstərilən lisenziya tələb olunan fəaliyyət sahələri üzrə hüquq xidmətlərini təklif edir:

  • ✔ Tikinti- quraşdırma fəaliyyəti üçün lisenziya alınması
  • ✔ Mühəndi-axtarış işləri üzrə lisenziyaların alınması
  • ✔ Maye və təbii qaz təsərrüfat obyektlərinin quraşdırılması üçün lisenziya alınması
  • ✔ Liftlərin quraşdırılması və təmiri fəaliyyətinə lisenziya alınması
  • ✔ Qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri üçün lisenziya alınması
  • ✔ Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması üçün lisenziya alınması
  • ✔ Yanğından mühafizə fəaliyyəti üçün lisenziya alınması
  • ✔ Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması üçün lisenziyanın alınması
  • ✔ Əczaçılıq fəaliyyəti üçün lisenziya alınması

Lisenziya şəkli

İSO Sertifikatlarının Alınmasına Hüquqi Dəstək

İSO sertifikatı nədir?

İSO sertifikatları müəssisə və təşkilatların beynəlxalq standartlara uyğunluğunu göstərən sertifikatlaşdırma prosesidir. İSO sertifikatı müxtəlif sektorlarda xidmət göstərən müəssisələrin idarəetmə yanaşmasını daha səmərəli edən bir meyardır. İSO sertifikatı müxtəlif ölkələrin nümayəndələrindən ibarət olan və ümumi keyfiyyət prinsiplərini müəyyən edən İSO təşkilatı tərəfindən verilir. İSO sertifikatları ümumi keyfiyyət idarəetmə yanaşmasından ətraf mühit, iş sağlamlığı və qida kimi daha spesifik məsələlərdə keyfiyyət anlayışını gücləndirmək üçün verilir. İSO sertifikatı idarəetmə sisteminin, istehsal prosesinin, xidmətin və ya sənədləşdirmə prosedurunun standartlaşdırma və keyfiyyət təminatı üçün bütün tələblərə malik olduğunu təsdiq edir.

İSO sertifikatını necə almaq olar?

İSO sertifikatı almaq üçün səlahiyyətli sertifikatlaşdırma şirkətinə müraciət etmək lazımdır. "XO Legal Consulting" MMC olaraq sizə lazım olan İSO sertifikatlarının alınmasında xidmət göstərməyə hazırıq. Şirkətimiz istehsalçılara və xidmət təminatçılarına təklif etdikləri məhsul və ya xidmət üçün hansı sertifikatın tələb olunduğunu, hansı standartların tətbiq olunduğunu anlamağa kömək edir.

Hansı İSO sertifikatını ala bilərsiniz?

İSO-nun verdiyi müxtəlif sənədlər və sertifikatlar var. Sizə lazım ola biləcək İSO sertifikatları aşağıdakılardır:

  • ✔ İSO 9001 - Keyfiyyət İdarəetmə sistemi
  • ✔ İSO 14001 - Ətraf Mühitin İdarəetmə sistemi
  • ✔ İSO 22000 - Qida Təhlükəsizliyi İdarəetmə sistemi
  • ✔ İSO 27001 - İnformasiya Təhlükəsizliyi İdarəetmə sistemi
  • ✔ İSO 13485 - Tibbi Cihazların Keyfiyyət İdarəetmə sistemi
  • ✔ İSO 45001 - İş Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə sistemi
  • ✔ İSO 27001 - İnformasiya Təhlükəsizliyi İdarəetmə sistemi
  • ✔ İSO 10002 - Müştəri Məmnuniyyəti İdarəetmə sistemi

İSO Sertifikatının şəkli

Xidmətlərimiz

Tikinti Fəaliyyətləri Üzrə Lisenziyaların Alınmasına Hüquqi Dəstək

Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinə lisenziya alınması üçün hüquqi xidmətin göstərilməsi

Maye və Təbii Qaz Fəaliyyətləri Üzrə Lisenziyaların Alınmasına Hüquqi Dəstək

Maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarına xüsusi razılığın (lisenziya) alınması üçün hüquqi xidmətin göstərilməsi

Mühəndis-Axtarış Fəaliyyətləri Üzrə Lisenziyaların Alınmasına Hüquqi Dəstək

Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri üçün lisenziyanın alınmasına hüquqi xidmətin göstərilməsi

Liftlərin Quraşdırılması Üzrə Lisenziyaların Alınmasına Hüquqi Dəstək

Liftlərin quraşdırılması və təmiri fəaliyyətləri üzrə lisenziyanın alınmasına hüquqi xidmətin göstərilməsi

İSO Sertifikatlarının Alınması Üçün Hüquqi Dəstək

Fəaliyyət növünüzə uyğun İSO sertifikatlarının təyin edilməsi və alınması üçün hüquqi xidmətin göstərilməsi

Digər Hüquqi Xidmətlər

Şirkətiniz üçün tələb olunan digər hüquqi xidmətlərin göstərilməsi

Portfolio

300-dən çox şirkətlə əməkdaşlıq etmişik

CC Enerji
DKT İnşaat Sanayi ve Ticaret Anonim Şirketi
Ekostep Baku
Forvard Group Construction
GMKB TURİZM İNŞAAT OTOMOTİV NAK.SAN. VE TİC.LTD.ŞTİ
Gölmak İnşaat Enerji Hizmetleri İşletmeleri Nakliyat Turizm Sanayi ve Ticaret Anonim Şirketi
GÜLTAŞ ENDÜSTRİYEL İNŞAAT
Has İnşaat
Körpü Bina Tikinti
Tam İnşaat
VENT
Enerji Test Servis

Əlaqə

Ünvan:
Heydər Əliyev pr. 187
BMS Plaza
Bakı, Azərbaycan

Telefon:
+994 (51) 968-6947

Email:
xolegalconsulting@gmail.com

İş saatları:
Bazar ertəsi - Cümə: 9:00 - 18:00
Şənbə - Bazar: Qeyri iş günləri

Sizi şirkətimizlə və gördüyümüz işlərlə daha yaxından tanış etmək üçün ofisimizə dəvət edirik!